ABŞ İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

Dünya

28.12.2024 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

İvanişvilinin ABŞ-da yerləşən və ya Amerika vətəndaşlarının nəzarəti altında olan bütün aktivləri dondurulacaq

ABŞ Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu və fəxri sədri, keçmiş Baş nazir və milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Müvafiq qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

“Sanksiyalar İvanişvilinin birbaşa və ya dolayısı ilə Rusiyanın maraqları naminə və ya adından törətdiyi hərəkətlərə görə tətbiq edilib”, - məlumatda qeyd edilib.

İvanişvilinin ABŞ-da yerləşən və ya Amerika vətəndaşlarının nəzarəti altında olan bütün aktivləri dondurulacaq. Qərar Prezident Co Baydenin 2021-ci ilin aprelində “Rusiya Federasiyasının bədxah hərəkətlərinə” cavab olaraq verdiyi fərmana əsaslanır.

Fərmanda demokratik təsisatları sarsıdan və beynəlxalq korrupsiya ilə məşğul olan şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur.

Milyarderin sərvətinin hansı hissəsinin hələ də Qərb ölkələrində olduğu məlum deyil. 2022-ci ildə İvanişvilinin London və Nyu-Yorkdan sənətini çıxardığı xəbəri yayılıb. “Bloomberg”in məlumatına görə, İvanişvilinin sərvəti son bir ildə bir milyard dollar artaraq yeddi milyard yarımı keçib.

Dekabrın 13-də Birləşmiş Ştatlar Vaşinqtonun “Gürcüstanda demokratiyanı sarsıtmaqda” günahkar hesab etdiyi şəxslərə viza məhdudiyyəti qoyub. Siyahıya 20 nəfər daxil edilib, lakin onların adları açıqlanmayıb. ABŞ gürcü nümayəndələrinə qarşı başqa məhdudiyyətlərin də tətbiq ediləcəyini bəyan edib. Dövlət Departamenti bildirib ki, məhdudiyyətlər Gürcüstanda etirazçılara qarşı təzyiqlərə cavab olaraq tətbiq edilir. Etirazlar ölkənin Baş naziri İrakli Kobaxidzenin Avropaya inteqrasiyanı təxirə salmaq qərarından sonra başlayıb.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş