“ABŞ ilə razılaşma fevralda Zelenskiyə təklif ediləndən daha pisdir”

Dünya

01.05.2025 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynalı deputat: “İndiki versiya xəyanət deyil, amma mən burada birbaşa və ya böyük qələbə görmürəm”

“ABŞ və Ukrayna arasında imzalanan resurslarla bağlı saziş Ukrayna lideri Volodimir Zelenskiyə fevralda təklif edilən razılaşmadan daha pisdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.

“Fevralın 28-də Oval kabinetdəki məlum görüşdən əvvəl sözün əsl mənasında masada olan versiya daha yaxşı idi. İndiki versiya xəyanət deyil, amma mən burada birbaşa və ya böyük qələbə görmürəm”, - deyə deputat qeyd edib.

Jelezniyak bildirib ki, Ukrayna özü sövdələşmənin bağlanması ilə bağlı özünə problemlər yaradıb.

Qeyd edək ki, saziş mayın 1-nə keçən gecə imzalanıb. “Bloomberg”in məlumatına görə, saziş imzalandıqdan sonra Vaşinqton Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş