Vətən Müharibəsi Qəhrəmanının anım günü keçirildi

Xəbərlər

29.10.2021 - 15:24

Tennis İdman Kompleksində şəhid baş leytenant Azad Hümbətovun xatirəsi anılıb

Bu gün Tennis İdman Kompleksində, açıq havada Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Tennis İdman Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

AYNA xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Eyni zamanda, Türkiyənin Cümhüriyyət Günü münasibəti qardaş ölkənin himni səsləndirilib. Sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Tədbir çərçivəsində böyük tennis və şahmat üzrə yarışlar keçirilib, karate, boks, kapoeyra, taekvondo idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.

Anım tədbirində şəhidin atası Arif Hümmətov Nəriman RİH başçısı A.Fərzəliyev, AGİN nazir müavini İ.İsmayılov, idarə rəisi, Olimpiya çempionu F.Mansurov, İTK-nin direktoru Ə.Abbasbəyli, Nərimanov və Xətai rayonları Gənclər və idman idarəıərinin rəisləri, şəhid ailəıərinin nümayəndələri, idmançılar, veteranlar və digər şəxslər iştirak ediblər.

Müəllif: Ayna.az