Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

25.08.2021 - 17:49

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85 632 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 515 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 6 335 305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 830 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 504 655 təşkil edir.

Müəllif: Ayna.az