Türkiyə Suriya müxalifətinin hücum planından altı ay əvvəl xəbərdar olub

Dünya

09.12.2024 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Müxalifəti altı ay əvvəl Türkiyə tərəfini genişmiqyaslı hücuma başlamaq niyyəti barədə məlumatlandırıb

Bir gün əvvəl Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı Suriya müxalifəti altı ay əvvəl Türkiyə tərəfini Suriyanın rəsmi hakimiyyətinə qarşı genişmiqyaslı hücuma başlamaq niyyəti barədə məlumatlandırıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Suriya müxalif qrupları təxminən altı ay əvvəl Türkiyəni böyük hücum planları barədə məlumatlandırıblar”, məlumatda qeyd olunub.

Eyni zamanda, vurğulanıb ki, rəsmi Vaşinqton Ankaranın silahlı Suriya müxalifətinin Suriyanın şimalında yerləşən Hələb vilayətinə hücum planlarını “sakit şəkildə təsdiqləməsi”ndən xəbərsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş