"Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq”
İran Tehranın özünün buna imkanı olmadığı təqdirdə, heç kimin Yaxın Şərqdə neft satmasına icazə verməyəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İslam Respublikası Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf xəbərdarlıq edib.
Siyasətçi “X” sosial media platformasındakı səhifəsində yazıb: "Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq. Təhlükəsizliyimiz təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq və boğazın təhlükəsizliyi Amerika ordusunun yoxa çıxmasından asılıdır".
Qalibaf əlavə edib ki, İran hakimiyyəti dəfələrlə digər ölkələrə Hörmüz boğazındakı vəziyyətin "müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını" çatdırmağa çalışıb.