Muəllif: Pərviz Cəbrayıl

SƏN SAYDIĞUVU SAY, BAYRAM…

Bayram Kürdəxanılı öldü. Onu maşın vurub öldürdü. Bəs bizim bayramlar niyə öldü? Onları kim vurdu, nə vurdu? Həm bilmirəm, həm bilirəm. Siz də bildiyinizi bilin. Onsuz da mən hamının bildiyindən artıq heç nə bilmirəm. Bildiyim bizim kənddə bayramın necə ölməsidi. Onu dəqiq xatırlayıram. O günə kimi Novruzda dərsdən sonra uşaqlar, işdən sonra isə yaşlı-başlı kişilər kəndin ana küçəsinə, babamgilin tuşundakı açıq meydana yığışar, yumurta çaqqışar, yumurtahellətdi, küləbasdırma, təkmənəcüt oynayar, onların bizə qoşulması bayramımızı birə on artırardı.

Tam mətn