Muəllif: Hüseynbala Səlimov

Əgər şona xalqı ilə birləşsək…

Şona xalqı qokomore xalqının varisidir. Qokomore xalqı isə qədim Zimbabvenin yerli əhalisi olub. Zimbabve isə Afrikanın cənubunda yerləşən və dənizə çıxışı olmayan ölkədir. Afrika isə bildiyiniz kimi, beş qitənin içində ən ekzotiki, həm etno-sosial, həm də siyasi baxımdan ən maraqlısıdır. Bilirsinizmi, bunları Sizə niyə xatırladıram? Düz 29 il idi ki, gözümüz tamam yollarda qalmışdı; bu gün gələr, sabah gələr.

Tam mətn
Muəllif: Aytən Məmmədova

Pilləkəndəki prezident

Keçən ilin oktyabrında sosial şəbəkələrdə Finlandiya prezidenti Sauli Niinistönün maraqlı şəkli çox paylaşılırdı. Şimali Avropa ölkəsinin rəhbərinə tədbirlərdən birində zalda yer çatmamışdı, o da pilləkənlərdə əyləşmişdi. Əlbəttə, bu hal bizi xeyli təəccübləndirmişdi, cənab Niinistöyə də böyük rəğbət yaratmışdı. Sonradan öyrəndik ki, Finlandiya prezidenti həyat yoldaşının çıxışını izləmək üçün kitab yarmarkasına gəlib, amma gec gəlib, pilləkəndə əyləşməli olub. Biz xeyli təəccübləndik, amma yarmarkaya gələnlər lap elə təəccüblü görünmürdülər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Mikayıl Müşfiqin sümükləri…

Bir status oxudum. Yazarlarımızdan birinindi. Etik olmaz deyə, adını çəkmirəm. Yazıb, Prezident Mikayıl Müşfiqlə bağlı bütün məsələləri şəxsi nəzarətinə götürüb. Sağ olsun. Amma kaş cənab Prezident Azərbaycan ədəbiyyatının bu gününün ən istedadlı gənclərindən birini — məni də şəxsi nəzarətinə götürərdi. Vəziyyətim doğrudan da, çox ağırdır. Hər günü son gün kimi yola verirəm. Artıq bıçaq sümüyə çoxdan dirənib, sadəcə, həyassızlığıma salıb hələ də yaşayıram. Əslində, çoxdan intihar etməli idim. Bir xeyli var, gündəlik xəbərlərlə qətiyyən maraqlanmıram.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Alman jurnalistinə minnətdarlıq

Nəhayət ki, Almaniya kansleri Anqela Merkel Azərbaycana gəldi.  Amma xanım Merkelin səfərindən artıq günlər keçməsinə baxmayaraq bu məsələnin hələ gündəmdə olması bir daha sübut edir ki, kanslerin səfərinə ictimaiyyətin maraq və diqqəti xeyli böyükdür. Hələ bu səfərdən öncə bu barədə yazılanları da üstünə gəlsək, demək olar ki, bu səfərə nəinki Azərbaycan ictimaiyyətinin, hətta dünyanın marağı böyük idi. Sözüm onda yox. Səfər çərçivəsində adəti üzrə görüşlər, müzakirələr, mətbuat konfransı da keçirildi.

Tam mətn
Muəllif: Redaksiya

Mübarək ailəsi 150 milyon dollar büdcə pulunu mənimsəyib

Aprelin 20-də Misirin Apelyasiya məhkəməsi keçmiş prezident Hüsni Mübarəkin korrupsiya ilə bağlı işi üzrə qərar çıxarıb. Hüsnİ Mübarək azadlığa qovuşa bilməyəcək, çünki 150 milyon dollar büdcə vəsaitini mənimsəyib. İttihama görə, ölkə başçısının iqamətgahlarının təmiri və bərpasına ayrılan büdcə vəsaiti təyinatı üzrə xərclənmək əvəzinə, Mübarək ailəsinin şəxsi hesablarına yönəldilib. Təftiş…

Tam mətn
Muəllif: Redaksiya

Əli Əhmədov: prezidentlik müddəti 7 il olmayacaq

Ölkədə oturuşmuş siyasi sistem mövcuddur və biz hesab edirik ki, prezidentə 5 illik səlahiyyət müddəti kifayət qədər optimal variantdır. Dünya praktikasında da məhz belədir. Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov prezidentin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması ilə bağlı məsələni jurnalistlərə bu şəkildə şərh edib. Əhmədov sözünə…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Əliyev həmsədr ölkələrə və Ermənistana yenə mesajlar yolladı

Prezident Əliyev Bakıda Novruz bayramı ilə bağlı şənlikdə həmsədr ölkələrə və Ermənistana danıçıqların dalana dieəndiyi, vasitəşilərin «baş girələdiyi» bir əsnada ömnəmli mesajlar ünvanlamışdır. Prezident demişdir ki, «ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin…

Tam mətn