Muəllif: Hüseynbala Səlimov

İNDİ DƏ MİSİR FİRONLARININ TÖRƏMƏLƏRİ OLDUQ?..

Yazının iddiası elə də böyük deyil: bir az gələcək, bir az da bu konteksdəki yalan təsəvvürlərimiz haqqında danışmaq istəyirəm. Özü də çox qısaca – odur ki, narahat olmayın, sizi Yeni il ərəfəsindəki daha vacib işlərdən çox da ayırmayacam. Əslində gələcək fərd olaraq insanlara yaxşı heç nə vəd etmir, hərçənd, bütün insanlar özlərilə bağlı ən xoş məqamları gələcəyə ünvanlayır, bütün planlarını onunla əlaqələndirirlər.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

BU ÖLKƏDƏ DOST QATİLİ OLMAQ…

— Daha dözə bilmirəm. Maşınımı, krediti hələ tam bitməmiş evimi, bütün əşyalarımı, mebelimi, nəyim varsa hamısını satıb gedirəm, baş götürüb qaçıram bu ölkədən. Gəl, sən də daşı ətəyindən tök, birgə gedək! — … — Biz bir gün görmədik, barı uşaqlarımız görsün, insan kimi yaşamağın nə olduğunu bilsin, bilsin ki, dünyaya niyə gəlib! Niyə? Ona görə gəlib ki, bu dünyada adam kimi yaşayıb, həyatdan zövq alsın, ömür başa çatanda da, gözü arxada qalmadan çıxıb getsin. Hə, nə deyirsən?

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Biz liliputlara necə çevrildik?..

Yəqin çox ünlü bir insan — C.Svift “liliput” sözünü ədəbi-ictimai dövriyyəyə daxil edəndə heç özü də güman etmirdi ki, bu sözün onlarla başqa mənaları da yaranacaq; insanlar ona yeni-yeni çalarlar verəcək və söz təkcə adi fiziki məziyyəti ehtiva etməyəcək özündə, yeni mənalar da daşıyacaq. Amma gəl, mənim işim bununla deyil. Bu günlərdə internetdə “eşələnəndə” oxudum ki, Dünyada vur-tut 800 liliput var!

Tam mətn
Muəllif: Seymur Kazımov

Haqq, hüquq, ədalət

Acınacaqlı durumdur. Ölkədə hansısa obyekt, təşkilat və s. qapadılanda ağlımıza gələn ilk şey qarın olur. Daha dəqiq ifadə etsək, “gör, nə qədər adam işsiz qalacaq, balaları gecə ac yatacaq”. Təxminən belə bir şey. Aydın məsələdir ki, kiminsə balasının ac yatması çox ciddi və qlobal məsələdir, buna görə də fakt qınanmalıdır. Yalnız, elə dəyərlər var ki, onları qarınla, aclıqla ölçmək bir cəmiyyət üçün faciədir. Deyir ki, çox uzağa getməyək, götürək elə Yaponiyanı.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Gedənlərimiz

Bayram günlərində evdə çox oturğumuzdan hərdən istər-istəməz Azərbaycan televiziyalarını vərəqləyirdim. Bəzənsə həmin ərəfə televiziyaların xəbərlər vaxtına təsadüf edirdi. Televiziyaların səviyyəsindən və xəbərlərindən danışmayacam. Çünki bu barədə çox yazılıb, çox deyilib. Amma hardasa 3 gün əvvəl televiziyaların birində xəbərlər proqramında gedən bir xəbər diqqətimi çəkdi. Xəbər başlığı belə idi:“Son 3 ildə Ermənistanı 1 milyon adam tərk edib”. İlk reaksiyam belə oldu. Bundan mənə nə? Və ya bizə nə? Və ya niyə məhz Ermənistan?

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

ABŞ üçün hansı ölkə təhlükəlidir?

odla oynayan Rusiya, yoxsa iqtisadi möcüzələr göstərən Çin? Deyəsən, Amerika prezidenti D.Tramp yavaş-yavaş ipə-sapa yatmağa başlayıb. Qüdslə bağlı araqarışdıran bəyanatından sonra ağzından çıxan kəlmələrin də fərqinə varır. Onun ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı verdiyi ciddi bəyanatlar çoxlarında belə bir təəssürat yaradır ki, başında hələ də biznes havası qalmış Tramp əməlli-başlı siyasətçi qiyafəsinə girir. Dünyanın ən güclü dövlətinin prezidenti indi öz ölkəsinin təhlükəsizliyi barədə həyəcanla danışır.

Tam mətn
Muəllif: Redaksiya

Ölkə və onun imici

Bu dəfə Arif Əliyevin ölkənin xaricdəki imicinin əhəmiyyəti barədə yazdığı məqaləsini müzakirə etmişik

Tam mətn