Muəllif: Hüseynbala Səlimov

Yoxsa bizim də dərimizi soyacaqlar?..

Lap çoxdanın, neçə illər bundan əvvəlin söhbətidir. Bir ara siyasi yazılarda tez-tez “orta əsrlər” ifadəsini işlədirdim. Axırda rəyinə hörmət elədiyim insanlardan biri mənə qayıtdı ki, sən nahaq yerə orta əsrləri yalnız neqativ mənada işlədirsən, o, dövr həm də İntibah və humanizm dövrü kimi yadda qalıb. Əlbəttə onunla razılaşmaya bilməzdim, çünki düz deyirdi. Amma onda da dedim və indi də bir daha ərz edirəm ki, orta əsrlər həm də inkvizisiya və teokratik imperiyalar dövrü olubdur.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Mikayıl Müşfiqin sümükləri…

Bir status oxudum. Yazarlarımızdan birinindi. Etik olmaz deyə, adını çəkmirəm. Yazıb, Prezident Mikayıl Müşfiqlə bağlı bütün məsələləri şəxsi nəzarətinə götürüb. Sağ olsun. Amma kaş cənab Prezident Azərbaycan ədəbiyyatının bu gününün ən istedadlı gənclərindən birini — məni də şəxsi nəzarətinə götürərdi. Vəziyyətim doğrudan da, çox ağırdır. Hər günü son gün kimi yola verirəm. Artıq bıçaq sümüyə çoxdan dirənib, sadəcə, həyassızlığıma salıb hələ də yaşayıram. Əslində, çoxdan intihar etməli idim. Bir xeyli var, gündəlik xəbərlərlə qətiyyən maraqlanmıram.

Tam mətn