Muəllif: Administrator

Bir cənub şəhərinin yubilyarına

Uşaq vaxtı atam bizə 1955-ci ildə Qazaxıstana işləməyə getməyindən, “Xam torpaq”larda gördüklərindən danışardı. Söhbətlərindən biri heç yadımdan çıxmır. Deyirdi ki, hamı onu “Rəşid Behbudovun yerlisi” çağırırmış, adamlar Azərbaycan adını eşitməyibmişlər. O, sovet xalqının Azərbaycanı Rəşid Behbudovla tanıdığı dövr idi. Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olan gün o xatirəni yada salmağım əbəs deyil. Sima sözünü də elə-belə işlətmədim. Xalqlar onun üzü, siması olan kəsləriylə sayılıb seçilir. Rüstəm İbrahimbəyov da Azərbaycanın vizit kartlarındandır.

Tam mətn