Muəllif: Ramilə Qurbanlı

“Anamın kitabı” ilə Azərbaycan reallığı ətrafında düşüncələr

Yaxud obrazının öhdəsindən gələ bilməyənlər Pyes oxumağı uşaqlıqdan xoşlamıram. Yorucu gəlir mənə, filan pərdə, filan səhnə, sonra da obrazın dilindən bir-bir onların dilaoqları, monoloqları, hadisənin gedişatı və sair çox əzabvericidir, məncə. Pyes yazılır ki, səhnələşdirilsin və onu səhnədə seyr etmək daha zövqvericidir. Bunu niyə vurğuladım? Biz uşaq olanda nümunəvi təhsil sistemi vardı, onun sayəsində bu əzabverici pyes oxuma olayını çox rahat keçərdik. Ədəbiyyat dərsində müəllim pyesi uşaqlar arasında rollar üzrə bölərdi, səhnələşdirib oxuyardıq.

Tam mətn
Muəllif: Elçin Şıxlı

“Sənət əbədidir, ömür amanat…”

“Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur”. Bu cümlə Arif Əliyevin ilk publisistik romanını oxuduqdan sonra yazdığım yazıdandır. Üstündən beş ildən artıq vaxt keçib. Bu dəfə Arifin üçüncü bədii-publisistik əsəri qarşımdadır. Təxminən bir ay əvvəl heç nə olmamış kimi dedi ki, “Elçin, bir povest də yazmışam. Gör bir necədi?”.

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Əli Əmirli: “Teatr bir vaxt itirdiyi tamaşaçını geri qaytarmağa çalışır”

140 illik bir yol keçən Azərbaycan teatrının uğurları qədər, bəzən problemləri də az olmur. Son vaxtlar bu ocağa diqqət teatr sənətinin inkişafında mühüm rol oynayır. Teatrların bugünkü mənzərəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Ədəbi yaradıcılıq» kafedrasının dosentidi, dramaturq Əli Əmirli qiymətləndirəcək: — Azərbaycan teatrının çağdaş mənzərəsi xeyli…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Bəxtiyar Xanızadə: “Çabalayıram, amma vurnuxmaq istəmirəm”

Dövlət Pantomim Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə uzun illərdir «him-cimlə danışan» aktyordur. Onunla söhbətimizdə soruşduq ki, him-cimlə danışmaq 18 il əvvəl yaxşı alınırdı, yoxsa indi? Anlaşılmaq dərəcəsi hansı xətt üzrə inkişaf edib? — Mənimçün fərqi yoxdu, o vaxt, ya indi. Bu müddət ərzində him-cim dilini araşdırıb…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

İlham Əsgərovdan Moskva teatr təəssüratları

Bu günlərdə Akademik Milli Dram Teatrının bədii-quruluş hissəsinin əməkdaşları Moskvadan qayıdıblar. Yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov, radio sexinin müdiri Həmid Kazımzadə və butaforçu-dekorçu Samirə Həsənova Bolşoy Teatr və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında olublar. Bu…

Tam mətn