Muəllif: Hüseynbala Səlimov

İNDİ DƏ MİSİR FİRONLARININ TÖRƏMƏLƏRİ OLDUQ?..

Yazının iddiası elə də böyük deyil: bir az gələcək, bir az da bu konteksdəki yalan təsəvvürlərimiz haqqında danışmaq istəyirəm. Özü də çox qısaca – odur ki, narahat olmayın, sizi Yeni il ərəfəsindəki daha vacib işlərdən çox da ayırmayacam. Əslində gələcək fərd olaraq insanlara yaxşı heç nə vəd etmir, hərçənd, bütün insanlar özlərilə bağlı ən xoş məqamları gələcəyə ünvanlayır, bütün planlarını onunla əlaqələndirirlər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Nə üçün bu cəmiyyətin 6-cı təlimə ehtiyacı var?..

  Yəqin bilənlər bilir, bilməyənlər üçün də, polislərimiz demiş, tərəfimizdən ərz edək ki, müasir psixologiya elmində beş əsas istiqamət var: biheviorizm, qeştalt-psixologiya, psixoanaliz, humanist psixologiya və transpersonal psixologiya. Bəli, hər bir normal adam (belələrinin davranışını psixologiya, xəstələrinkini isə psixiatriya öyrənir) tamamilə əmin ola bilər ki, yaşadığı bütün hiss və həyəcanları, nə bilim, dürlü, çeşidli affektləri və daha nə bilim, nələri və nələri — məhz bu beş təlim əsasında çözmək mümkündür.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Ziqmund Freydin yatağı

(Avstriya Gündəliyi – 3) Zalsburqdan sonra paytaxt Vyanaya gəldik. Necə vəsf edəsən bu möhtəşəm şəhəri, necə tərif edəsən onu? Kimi bu şəhəri musiqiyə bənzədir, kimi də ona “Muzey-Şəhər” deyir. Hətta onu “Bayramlar şəhəri” adlandıranlar da var. Heminquey Parisi bayram kimi görmüşdü. Ancaq Vyana da əbədi bayramdır,  qoca Hemin dediyi kimi “hər zaman səninlə olan bayram”. Habsburqlar xanədanı (alm. Habsburger) bir zamanlar dünyanın yarısını İmperiya paytaxtı olan bu şəhərdən idarə etmişdi.

Tam mətn
Muəllif: Redaksiya

Ziqmund Freydin nəticəsindən «Ailə dəyərləri» sərgisi

Dünyaca məşhur psixoanalitik Ziqmund Freydin nəticəsi xanım Ceyn Makadam Freyd ilk dəfə olaraq Azərbaycana gəlib. APA-nın məlumatına görə, xanım C.M.Freydin Bakıya səfərinin məqsədi xanım Mila Əsgərovanın rəhbərlik etdiyi və yeni açılan «Gazelli Art House»da «Ailə dəyərləri» adlı sərgisinin təşkili ilə bağlıdır. Öncə media mənsubları C.M.Freydin sərgisi ilə tanış olub,…

Tam mətn