Muəllif: Admin_ayna

Rövşən Almuradlının xatirəsinə

Bu günlərdə əziz dostumuz, prinsipial sənətkar, bütöv insan, ziyalı adını ləkələməyən və nəhayət potensialı iddiasından qat-qat çox olan sənətkar — Rövşən Almuradlını itirdik. Ruhu şad olsun!

Tam mətn
Muəllif: Aytən Məmmədova

O kəndin qaranlıq küçələri…

Biz Nəzrin haqda danışırdıq. Yaşıl gözlü, gülüşündən dünya işıqlanan Nəzrin haqda. Hər gün kəndlərindəki evdə soyuq divarlar arasında yuxudan oyanıb, ağır çəkmələrlə məktəbə gedən Nəzrin haqda… Cüzeppe Tornatorenin “Oskar” mükafatı almış “Poradizo” kinoteatrı” filmi nostalji hisslərdən danışdığı qədər həm də əyalətin ümumi mənzərəsini özünəməxsus şəkildə göstərir. Salvatore kinonu çox sevir. Rejissor olmaq istəyir. Kinomexanik Alfredə çox kömək eləyir. Amma rejissor olmaq üçün bu kiçik Cankaldo şəhərini tərk eləmək lazımdır.

Tam mətn
Muəllif: Administrator

Azərbaycanda kino

Azərbaycanda nədən sanballı tarixi, ciddi və ortalığa çıxarılası tammetrajlı filmlərin çəkilməməsi barədə fikirlərimizi bölüşmüşük.

Tam mətn
Muəllif: Ramilə Qurbanlı

Solan nar çiçəkləri

yaxud Rusiyanın “udduğu” Qabillər, “Nar bağı” nda qalan Saralar Milli kino deyəndə xəyalıma ilk gələn Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” və Rza Təhmasibin “Arşın mal alan” filmləri olur (daha çox Üzeyir bəy Hacıbəyli), çünki Azərbaycan gerçəkliyinin müəyyən bir dövrünü o zamanı yaşamayanların, görməyənlərin gözləri önündə canlandıra bilir. Milli keyfiyyətlərə, adət-ənənələrə, kökə bağlı nəsnələrdən danışır (Onlar yaxşıdır, ya pis, başqa söhbətin mövzusudur).

Tam mətn
Muəllif: Aytən Məmmədova

“Axmaq”

Müasir rus kinosunun yaxşı olduğu qədər də cəsarətli nümunələrindən sayılan “Axmaq” (“Durak”) filminin rejissoru Yuri Bıkov işə başlayanda gözəl anlayırdı ki, onun ortaya qoyduğu kinolent ölkə telekanallarında görünməyəcək. Filmdə ölkənin həqiqətləri bütün çılpaqlığı ilə göstərilir, Rusiya üsul-idarəsinin bütün eybəcərlikləri ekranda əksini tapır. Hakimiyyət belə yaradıcılıq nümunəsinə xoş yanaşa bilməz. Rusiya hələ babat ölkədir, belə film çəkmək olur, Azərbaycanda buna cəhd eləmək o dünyaya olmasa da, həbsxanaya könüllü bilet almaq kimi bir şeydir.

Tam mətn
Muəllif: Ceyhun Mirzəli

Kino bizə nə deyir

  Təkcə yolçular yürümür,  yollar da yürüyür                                                                                                                       Məhəmməd İqbal Yimau Zhangin 1994-cü ildə çəkdiyi “Yaşamaq” filmi dünya kinosunda dramaturji istiqaməti və mövzusuna görə seçilən filmlərdəndir. Film Kann festivalında “Qran-pri” — ən yaxşı xarici dilli film kimi “Qızıl Qlobus” mükafatını qazanıb. İnsanların həyatında xoşbəxt və bədbəxt anlar olduğu kimi, xalqların da həyatında belə anlar olur. “Yaşamaq” filmində bədbəxt həyat – Xui Fuguinin (Ge You) həyatı çin xalqının XX əsrdə keçdiyi həyatla bütövləşir.

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

“9×9” bədii filmi Kann kinofestivalı üçün seçilib

Nərimanfilm kinoşirkəti ilə İtaliyanın TORRE şirkətinin birgə istehsalı olan qısametrajlı “9×9” bədii filmi Kann kinofestivalının “Qısa metr” proqramında iştirak etmək üçün seçilib. Nərimanfilm-dən AYNAya bildirilib ki, “9×9“ qısametrajlı bədii filmi “Pasha Bank”ın maliyyə dəstəyi ilə çəkilib. Çəkilişləri Bakıda və Veronada (İtaliya) aparılmış filmin ssenari müəllifi və rejissoru Radmila Qordiç, prodüserləri…

Tam mətn