Muəllif: Hüseynbala Səlimov

Yoxsa bizim də dərimizi soyacaqlar?..

Lap çoxdanın, neçə illər bundan əvvəlin söhbətidir. Bir ara siyasi yazılarda tez-tez “orta əsrlər” ifadəsini işlədirdim. Axırda rəyinə hörmət elədiyim insanlardan biri mənə qayıtdı ki, sən nahaq yerə orta əsrləri yalnız neqativ mənada işlədirsən, o, dövr həm də İntibah və humanizm dövrü kimi yadda qalıb. Əlbəttə onunla razılaşmaya bilməzdim, çünki düz deyirdi. Amma onda da dedim və indi də bir daha ərz edirəm ki, orta əsrlər həm də inkvizisiya və teokratik imperiyalar dövrü olubdur.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Diringi-dəngiş Nəsiminin xalqı…

Sovet dövründə tərcümeyi-hallarda mütləq şəxsin gəldiyi ailənin sosial mənşəyi haqda bir cümləni qeyd edirdilər – məsələn: “Ziyalı ailəsində doğulmuşam”. Ziyalı kim idi? Sadəcə, oxumuş, savadlı adam. Müəllim idisə, ziyalı sözünü əlini ürəyinin üstünə qoyub çox arxayın şəkildə yaza bilərdin. Yox, atan, ya anan sadəcə ali təhsilli məmurdusa, o cümləni yazanda bir az böyür-başına baxırdın, üzün xəfifcə qızarırdı. Yəni insanlar sövq-təbii bilirdilər ki, yox, bu ziyalı deyilən şey nəsə başqadı… Gələk öz çağımıza. Bəs indi kimdir ziyalı?

Tam mətn
Muəllif: Redaksiya

Reperə 10 sutka həbs: polisə «ilişən» klipininə görə?

Yol polisinə mahnısı ilə «ilişən» reper həbs edilib… Dado ləqəbi ilə məşğul olan Səid Əliyev polisə tabe olmamaq ittihamı ilə 10 günlük həbs cəzasına layiq görülüb. Reperin qardaşı Əlinin Turan-a verdiyi məlumata görə, fevralın 27-də o, hansısa YNH ilə əlaqədar avtomobilinin ekspertizasının keçirilməsi üçün Nəsimi rayon yol polisi idarəsinə…

Tam mətn
Muəllif: Redaksiya

Gülər Əhmədova hara, göz dustağı hara?

“Gülər Əhmədovanın barəsində ev dustaqlığı qəti-imkan tədbirinin seçilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”. Bunu APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. E. Sultanov istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini də…

Tam mətn