Muəllif: Hüseynbala Səlimov

Yağışdan sonra göbələk kimi çoxalan politoloqlar…

Əvvələr onlardan bizdə hələ yox idi. Bəli, müstəqil ölkənin yarımmüstəqil politoloqlarını deyirəm. Qərəz, biz sovetlərdən yenicə çıxmışdıq. Daha düzünü humanitar fakultələri bitirənlər deyər, amma mənim bildiyim budur ki, o vaxt elmi kommunizm və ateizm vardı, materialist fəlsəfə və sosialist iqtisadiyyatı vardı, hətta sosiologiya da vardı, amma politologiyadan söz düşəndə dərhal böyrünə “burjuaziya” sözünü yapışdırırdılar. Odur ki, heç bilmirəm sovet vaxtı belə bir fənn ümumiyyətlə tədris olunurdu ya, yox?

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Qadınlarımızın sevgi əxlaqsızlığı…

Mövzumuza daxil olmamış, bəri başdan bir şeyi xatırladım: bəzi oxucularımız başlığın yanlış olması, yaxud hansısa sözün dırnaqda yazılmasıyla bağlı göstəriş verməyə, tələb etməyə tələsməsinlər. Hansı sözün hansı məqamda dırnaqlı-dırnaqsız yazıldığını az-çox bilirik. Bu başlıqda sözün həqiqi və ifadə olaraq işlənməmiş əxlaqsızlıqdan gedir söhbət. Keçək mövzumuza. Hə… Bizim qadınlar… qızlar… Bu zərif cinsin ailəyə, əxlaqa sadiqliyindən əsrlərlə danışmaq olar – elə danışılır da… Lakin! Lakin məsələ ondadı ki, onları bu yöndəcə böyüdüb, tərbiyə eləyiblər.

Tam mətn
Muəllif: Redaksiya

Orta məktəb müəllimlərinin 80 %-dən çoxu qadınlardır

Orta məktəb müəllimlərinin 80 faizdən çoxu qadınlardır. Bakı üzrə isə müəllimlərin az qala 90 faizini zərif cins təşkil edir. Məktəb direktorlarının 95 faizi qadındır. TN-də isə hesab edirlər ki, müəllimlərin heç olmasa 30 faizi kişilər olmalıdır. Bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olmasıdır. Sovet dönəmində kişi və qadın müəllimlərin…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Nisə Qasımova bu dəfə də keçmişə körpü saldı

Nisə Qasımova ilə hər söhbət keçmişi bu günə bağlayır. Nəsə keçmiş sənət həyatından ayrıla bilmir. Bəlkə də sənət ömrünün ən gözəl anlarının keçmişdə qalması ilə bağlıdır. Bu dəfə də eləcə. Bir zamanların sarışın qıvrım saçları çiyinlərinə dağılmış, iri mavi gözlü şıltaq bir ifaçısı. Bunu xatırladırıq. Gülür. — Bəli, ilk…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Samir Piriyev: «İstərdim toylar 1-2 saat çəksin»

Samir Piriyev səsi ilə özünü ölkədən kənarda, məsələn, Türkiyədə tanıda bilib. Hər halda, belə düşünmək olar, çünki son illər yaradıcılıq işlərini məhz Türkiyədə həll edir və nələri olsa onu yerli tamaşaçısı ilə yanaşı, Türkiyə auditoriyasına da təqdim etməyə çalışır. Deyir ki, onun səsinə orada maraq var. Belə bir planı…

Tam mətn