"Qızıl tapılsaydı, kənd sakinlərinə və tələbələrə kömək edəcəkdim"
Türkiyənin Təkirdağ bölgəsinə bağlı Gönencə kəndində bir evin həyətində 500 kiloqram qızıl basdırılması barədə dedi-qodu yayılıb.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, dedi-qodulara son qoymaq istəyən ev sahibi həyətində qzıntı işləri aparmaq üçün icazə alıb.
Ancaq nəticə heç də ürəkaçan olmayıb. Belə ki, o sərvət yerinə qaya parçası tapıb.
Həm pulu, həm də zamanı gedən ev sahibi bundan heç də peşman olmadığını bildirib: "Pulumun getməyinə heyfslənmirəm, ən azından ürəyim rahatlandı. Qızıl tapılsaydı, kənd sakinlərinə və tələbələrə kömək edəcəkdim. Kənd üçün toy evi tikdirəcəkdim. Qızıl çıxsaydı belə, kəndimi, evimi tərk etməyəcəkdim".
Kəndin muxtarı isə bildirib ki, sərvət barəsində uzun illər kənddə dedi-qodu var imiş: "yaxşı ki, qazıntı işləri aparıldı, beləcə dedi-qodulara son qoyulmuş oldu".