“Bu şəraitdə bütün tərəflər sakitliyi və təmkinliliyi qoruyub saxlamalıdır”
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ukrayna ilə Rusiya arasında raket zərbələri mübadiləsindən və Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciətindən sonra Moskva və Kiyevi təmkinli olmağa çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Jian deyib.
“Bu şəraitdə bütün tərəflər sakitliyi və təmkinliliyi qoruyub saxlamalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyəti soyutmağa səy göstərməli, atəşkəsə tezliklə nail olmaq üçün böhranın siyasi həllinə şərait yaratmalıdır”, - o qeyd edib.