Operativ Qərargah COVID-19-a yoluxma barədə məlumat yayıb

Aktual

30.05.2021 - 16:36

Azərbaycanda son sutkada 486 nəfər koronavirusdan sağalıb, 141 nəfər yoluxub, 4 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 333 864 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 324 103 nəfər müalicə olunaraq sağalıb, 4 907 nəfər vəfat edib, aktiv xəstə sayı 4 854 nəfərdir. Ölkədə son sutka ərzində 5535, hazırkı dövrədək isə 3 509 174 test aparılıb.

#

Müəllif: Ayna.az