“Ömürlük cəza-ölüm hökmü” təqdim olunub

Mədəniyyət

10.12.2019 - 18:07

Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, media mənsubları və QHT nümayəndələri iştirak ediblər

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilati dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğatına Dəstək İctimai Birliyinin, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin ölüm hökmünü ləğv etməsi ilə bağlı xatirəsinə həsr etdiyi “Ömürlük cəza-ölüm hökmü” sənədli filminin təqdimat mərasimi keçirilib. AYNA xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, media mənsubları və QHT nümayəndələri iştirak ediblər.

 

Tədbir açıq elan edildikdən sonra “Obyektiv” İctimai Birliyinin sədri Mübariz Əsgərov film haqqında təssüratlarını bölüşüb və filmin ərsəyə gəlməsindən danışıb.

 

Filmin ərsəyə gəlməsi beynəlxalq insan hüquqları gününə təsadüf etdiyi üçün tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da tədbirlə bağlı öz fikirlərini bölüşüb. O, Heydər Əliyevin 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv etməsini və bununla da 128 nəfər məhbusun ölüm hökmündən azad olmasını xüsusilə vurğulayıb.

 

Sonda isə “Ömürlük cəza-ölüm hökmü” filmi tədbir iştirakçlarına təqdim olunub.

Müəllif: Ayna.az