Karantindən qaçanlar sərt şəkildə cəzalandırılacaq

Karantindən qaçanlar sərt şəkildə cəzalandırılacaq

Ukraynada bu günə qədər 669 nəfər koronavirusa yoluxub 

 

Ukrayna hökuməti koronavirusla mübarizədə yeni qərar qəbul edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən, karantin rejimini pozanların cərimələnəcəyini və həbs olunacağını bildirilib.

 

Məsələ ilə bağlı açıqlama verən Ukraynanın Daxili İşlər naziri Arsen Avakov bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün təcili və vacib məqamlar istisna olmaqla təxliyə uçuşlarına icazə verilməyəcək: “Biz milyonlarla ukraynalının həyatını risk altına ata bilmərik. Gələnlər də mütləq karantində olacaq və qaydalara əməl edəcəklər. Karantindən qaçanlar  isə 17 min qrivna (2 min manat) cərimələnəcək və ya həbs ediləcəklər”.

 

Qeyd edək ki, bu yaxınlarda Ukraynaya evakuasiya olunan vətəndaşlar hava limanından karantinə getməmək üçün qaçmışdılar. Hökumət isə sərt qərarlarla bu cür hərəkətlərin qarşısını almağı planlaşdırır. Artıq Ukraynada bu günə qədər 669 nəfər koronavirusa yoluxub və onlardan 17-si dünyasını dəyişib.

Müəllif: Ayna.az      1 Aprel 2020 19:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin