İspaniyada koronavirusdan ölənlərin sayı sürətlə artır

İspaniyada koronavirusdan ölənlərin sayı sürətlə artır

Ən son məlumata görə, dünyada virusa 874 081 nəfər yoluxub

 

İspaniyada koronavirusdan ölənlərin sayı günbəgün çoxalır. AYNA xarici mediaya əsasən xəbər verir ki, son 24 saat ərzində ölkədə 864 nəfər Covid-19-dan ölüb.

 

Son beş gün ərzində hər gün ölüm sayı 800-dən çox olur. Hazırda ölüm sayı, ümumilikdə, 9053 nəfərdir. Ölkədə virusla mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, indiyədək 102 136 nəfər virusa yoluxub.

 

Qeyd edək ki, ən son məlumata görə, dünyada virusa 874 081 nəfər yoluxub, 43 291 nəfər isə ölüb.

 

Ən çox yoluxma ABŞ-dadır, 189 633 nəfər. Ən çox ölüm halı isə İtaliyada - 12428 nəfər olaraq qeydə alınıb.

Müəllif: Ayna.az      1 Aprel 2020 17:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin