Bakıda kafe sahibi karantin rejimini pozduğuna görə həbs olunub

Bakıda kafe sahibi karantin rejimini pozduğuna görə həbs olunub

Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər

 

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. 

 

AYNA-ya Daxili İşlər Nazirliyindən (DİN)verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. 

 

Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətiriliblər.

 

Kafenin sahibi Elgiz Rəhimov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

Müəllif: Ayna.az      1 Aprel 2020 16:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin