Covid-19 ordularda da yayılıb

Covid-19 ordularda da yayılıb

NATO-nun Belçikadakı qərərgahında rəhbər işçlərdən 5-i virusa yoluxub

 

Dünyanın gündəmini zəbt edən və artıq qurbanlarının sayı 42 mini keçən Covid-19 bir neçə dövlətin ordusunda da vəziyyəti təhlükəli hala gətirib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, güclü dövlətlər belə, artıq öz əsgərlərini koronavirusdan qoruya bilmir.

 

ABŞ ordusunun qərargahlarında  1050 nəfərdə virusa yoluxma faktı qeydə alınıb.

 

İran, Misir, Yunanıstan, İsrail ordularında isə tək yoluxma deyil, virusdan ölənlər də var.

 

İngilis ordusunda da yoluxma faktları mövcuddur.

 

Ermənistan, Polşa, Fillipin Ordusunun Baş Qərargah rəhbərlərinin Covid-19 testləri müsbət çıxıb.

 

NATO-nun Belçikadakı qərərgahında rəhbər işçlərdən 5-i virusa yoluxub.

 

Ən çox yoluxma faktı Covid-19 böhranından əziyyət çəkən İtaliyada qeydə alıb. Ölkənin 11 general-leytenantı virusla bağlı nəzarətdə saxlanılır.

Müəllif: Ayna.az      1 Aprel 2020 17:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin