Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı

Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı

Ölkədə 61 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

 

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə COVID-19 ilə bağlı son məlumatları açıqlayıb. Qurumdan AYNA-ya verilən məlumata görə, ölkədə 61 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

 

Bununla, ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayı 359 nəfərə çatıb. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Müalicə alanlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

 

Qərargahdan bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Müəllif: Ayna.az      1 Aprel 2020 14:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin