Məşhur stadion koronavirus xəstəxanasına çevrilir

Məşhur stadion koronavirus xəstəxanasına çevrilir

COVID-19 xəstələri üçün stadionda 400 çarpayılıq xəstəxana qurulacaq

 

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən və dünyanın ən böyük stadionlarından olan “Maracana”nın koronavirusla mübarizə üçün xəstəxana kimi fəaliyyət göstəriləcəyi açıqlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, COVID-19 xəstələri üçün stadionda 400 çarpayılıq xəstəxana qurulacaq.

 

Braziliya milli komandasının oyunlarını keçridiyi 80 min nəfərlik “Maracana” stadionu ilə Rio-de-Janeyroda müvəqqəti xəstəxanaların sayı 8-ə çatacaq.

 

Qeyd edək ki, Cənubi Amerika ölkəsində bu günə qədər 51212 nəfərdə COVID-19 aşkarlanıb ki, onlardan 202 nəfəri vəfat edib.

Müəllif: Ayna.az      1 Aprel 2020 14:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin