Putinlə görüşən baş həkim də virusa yaxalanıb

Putinlə görüşən baş həkim də virusa yaxalanıb

Rusiyada hazırda 2337 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

 

Moskva Şəhər Xəstəxanasının baş həkimi Denis Proçenkoda Covid-19 aşkarlanıb.

 

AYNA Rusiya mediasına əsasən xəbər verir ki, baş həkim ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

 

Həkimin diaqnozunun ardınca prezidentin mətbuat katibi Dmitriy Peskov ictimaiyyətə açıqlama yayıb ki, ölkə rəhbəri mütamadi müayinə olunur, onun vəziyyəti qaydasındadır.

 

Qeyd edək ki, Rusiyada hazırda 2337 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Yoluxanlardan 1613-ü Moskvadadır. Məlumata görə, 121 pasiyent sağalıb, 17 nəfər isə virusdan ölüb.

Müəllif: Ayna.az      31 Mart 2020 21:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin