İbrahim Məmmədov: "Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir"

İbrahim Məmmədov: "Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir"

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

"20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək"

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: “Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq, 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.

 

Hökumət rəsmisi əlavə edib ki, sosial müdafiə ilə bağlı Nazirlər Kabinetinə daxil olan təkliflər paketi son müzakirə mərhələsindədir: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın. Bilsinlər ki, onlar dövlətin himayəsindədirlər”.

Müəllif: Ayna.az      30 Mart 2020 21:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin