Yepiskop ölüb, keşişləri virusa yoluxub

Yepiskop ölüb, keşişləri virusa yoluxub

Serbiya Pravoslav Kilsəsinin daha iki keşişinin də COVID-19-a yoluxmuşdu

 

Belqraddakı Dragisa Misovic Klinik Xəstəxanasında Serbiya Pravoslav Kilsəsinin Valevski yepiskopu Milutin koronavirusa yoluxaraq ölüb.

 

AYNA Rusiya mediasına istinadən xəbər verir ki, 71 yaşlı Milutin virus təhlükəsi başladığından mömünlərlə təmasa ara verməyib.

 

Baxmayaraq ki, hökümət dəfələrlə dini məbədlərdə də kütləvi rituallara ara verilməsi barədə xəbərdarlıq etmişdi.

 

Bir müddət əvvəl Serbiya Pravoslav Kilsəsinin daha iki keşişinin də COVID-19-a yoluxduğu barədə xəbər yayılmışdı.

 

Qeyd edək ki, Serbiyada 16 nəfər koronavirusdan ölüb, yoluxmuşların ümumi sayı isə 785 nəfərdir.

Müəllif: Ayna.az      30 Mart 2020 20:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin