İki yüz mindən çox amerikalı virusa yoluxa bilər

İki yüz mindən çox amerikalı virusa yoluxa bilər

Hazırda ABŞ-da virusa yoluxanların sayı 143 025 -ə çatıb

 

ABŞ Prezidenti Donald Tramp ölkədəki qaydaların daha da sərtləşəcəyini və sosial izolyasiya tədbirlərinin ən azı aprelin 30-dək uzadılacağını bəyan edib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, karantin tədbirləri əvvəllər aprel ayının ortalarına qədər nəzərdə tutlmuşu, indi isə Pasxa ərəfəsində vəziyyətin yaxşılacağı proqnozları özünü doğrultmadı.

 

Tramp son çıxışı zamanı koronavirusla bağlı vəziyyətə görə ABŞ-ın birinci sırada olduğunu xatırladaraq, ölüm nisbətinin iki həftə sonra yüksələcəyini deyib.

 

Qeyd edək ki, Ağ Evin tibbi məsləhətçisi, həkim Antoni Fauki bir müddət əvvəl virusun tezliklə 200  mindən çox amerikalıya zərər verə biləcəyi barədə xəbərdarlıq etmişdi.

 

Məlumat üçün deyək ki, hazırda ABŞ-da virusa yoluxanların sayı 143 025-ə çatıb, ölənlərin sayı 2 509-dur. Ölkədə yoluxma sürətlə gedir, son 24 saatda 18 360 nəfərin Covid-19-a yoluxduğu qeydə alınıb.

Müəllif: Ayna.az      30 Mart 2020 19:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin