Azərbaycanlı aktrisa vəfat edib

Azərbaycanlı aktrisa vəfat edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib.

 

AYNA xəbər verir ki, bu haqda sözügedən teatrın aktrisası Telli Hüseynova məlumat verib.

 

E.Hidayətova 62 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak edib. 

Müəllif: Ayna.az      15 İyul 2019 04:35
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin