Üç günlük körpədə COVID-19 aşkarlanıb

Üç günlük körpədə COVID-19 aşkarlanıb

Azyaşlıda virusa yoluxma qeydə alınsa da, anası sağlamdır

 

İranın Xorasan vilayətinin Türbətcam qəsəbəsində yeni doğulmuş körpədə koronavirus aşkarlanıb. AYNA İran mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Türbətcam Universiteti Tibb elmləri fakültəsinin dekanı, professor Məhəmməd Efkar açıqlama verib.

 

O bildirib ki, 3 günlük körpədə virusa yoluxma qeydə alınsa da, anası sağlamdır. Məlumatda bildirilir ki, həmin ərazidə daha bir 35 günlük körpədə də COVID-19 aşkarlanıb. İddialara görə, körpələr koronavirus daşıyıcısı olan həkimlər tərəfindən yoluxdurulub.

 

Digər tərəfdən, İranın Gilan Tibb Universitetinin məlumatına görə, 4 yaşında və 14 günlük iki körpədə də virus aşkarlanıb, lakin onlar müalicə nəticəsində sağalıblar.

 

Məlumat üçün bildirək ki, İranda son sutka ərzində virusdan ölənlərin sayı 117 nəfər olub. Ümumilikdə, ölkədə koronavirusa yoluxma sayı 41 500 nəfər, ölənlərin sayı isə 2757 nəfərdir.

Müəllif: Ayna.az      30 Mart 2020 14:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin