Bakıda iki nəfərin həyatı xilas edilib

Bakıda iki nəfərin həyatı xilas edilib

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

 

Bundan başqa, ötən sutka ərzində Nazirliyin “qaynar xətt”inə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az      30 Mart 2020 10:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin