Fransada koronavirusdan ölənlərin sayı artıb

Fransada koronavirusdan ölənlərin sayı artıb

Fransada koronavirus sürətlə yayılır 

 

Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfəri ötüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Bildirilir ki, son sutka ərzində ölkədə pandemiyadan 319 nəfər vəfat edib, bununla da ölənlərin ümumi sayı 2 314 nəfərə çatıb.

 

“Koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb. Son 24 saatda 4,6 mindən çox yoluxma halı qeydə alınıb”, - deyə məlumatda bildirilir.

 

Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 4 273 xəstə var.

Müəllif: Ayna.az      29 Mart 2020 05:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin