Gürcüstanda koronavirusa yoluxanların sayı 90-a çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 90-a çatıb

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Gürcüstanda daha beş nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.

 

AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

 

Bununla ölkədə koronavirusa yoluxma hallarının sayı 90-a çatıb. Virusdan sağalanların sayı isə 16 nəfər təşkil edir.

 

Karantində 4 534, stasionar nəzarətdə isə 276 nəfər saxlanılır. Aktiv virus daşıyıcılarının sayı 74 nəfərdir.

Müəllif: Ayna.az      29 Mart 2020 02:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin