Əfqanıstanda terror aktı törədilib, azyaşlı uşaqlar həlak olublar

Əfqanıstanda terror aktı törədilib, azyaşlı uşaqlar həlak olublar

Ölənlərin dördünün azyaşlı uşaq olduğu açıqlanıb

 

Əfqanıstanın Helmand və Nanqarhar əyalətlərində iki dəfə ard-arda bombalı hücum aktı baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində altı nəfər həyatını itirib.

 

Yerli mətbuata açıqlama verən Helmand valiliyinin sözçüsü Ömər Zuvak teraktın Helmand vilayətində bir evə qoyulan bomba partlayışı nəticəsində baş verdiyini və ölənlərin dördünün azyaşlı uşaq olduğunu söyləyib.

 

Terror aktı ilə bağlı məsuliyyəti heç bir təşkilat öz üzərinə götrməyib.

Müəllif: Ayna.az      28 Mart 2020 19:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin