On dörd iyul - tarix üçün önəmli, bizim üçün üzgün gün

On dörd iyul - tarix üçün önəmli, bizim üçün üzgün gün
“İyulun 14-ü dünya tarixi üçün önəmli gündür, bizim üçünsə üzgün”.
 
AYNA xəbər verir ki, bu fikri şəxsi “Facebook” hesabında gənc tarixçi Şəhla Cabbarlı paylaşıb. O, fikrinə belə davam edib:
 
“1) 1683-cü il. Osmanlı orduları ikinci dəfə Vyananı mühasirəyə aldı, bayraq sancdı;
 
2) 1789-cu il. Parisdə Bastiliya qalasına hücum eden üsyançılar qalanı tutub, siyasi məhbusları (indiki deyimlə) azad etdiler. Respublikaya geden yolun başlanğıcı oldu. Sonradan bu hadise bir çox ölkələrə də tesir etdi.
 
3) 1958-ci il. İraqda Sovet İttifaqının ve xalqın da destek verdiyi hərbi çevriliş baş verdi. Əvvəl isə bu çevriliş Misirdə baş vermişdi.
 
İraqda Kral Feysel ve Naş Nazir, vaxtilə Osmanlı paşası olan, sonra İngilislerle iş birliyi etdiyi üçün Mustafa Kamal Paşa tərəfinden qovulan Seid Nuri Paşa öldürüldü.
 
Həmin gün eslinde kral ve baş nazir Türkiyəyə Adnan Menderes ve Celal Bayarla "Bağdad Paktı" bağlamaga gedəcəkdilər. Lakin, sovet buna imkan vermədi. O pakt bağlansaydı, bölgədə amerikan-ingilis gücü yer alacaqdı. Yeni yaranan "Ərəb Birliyi Liqası"-nı ise Sovet dəstekləyirdi. İraqsız olmazdı. Beləliklə, "ərəb milliyətçiliyi" -adı altında Sovet bölgəyə nəzarəti ələ aldı.
 
1959-cu il. Kərkük qətliamı. Mosul, Kərkük ve Telaferdə türkmənlərin kütləvi qətli həyata keçirildi. Türkmən həkimler, vəkiller öldürüldü, türkmən liderinin bədəni ise şaqqalandı.
 
Səbəb, türkmənlər milli geyimləri ilə küçələrə axışıb bir il öncəki çevrilişin şənliyini düzənləyirdilər. Tədbir başlanan kimi onlara qarşı amansız qətliam baş verdi. Qətli edən isə ruslardan əmr alan ərəb ve kürd qruplaşmaları idilər. Sovet bölgədə türk milliyətçiliyinin artmasından, gələcəkdə Türkiye ilə yaxınlaşacağından çekinirdi. Türkiyə isə sadəcə başsağlığı ve qınaq beyanatı ilə münasibət bildirdi”.
Müəllif: Ayna.az      14 İyul 2019 20:28
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin