Almaniyada fövqaladə vəziyyətin müddəti uzadılıb

Almaniyada fövqaladə vəziyyətin müddəti uzadılıb

20 aprelə qədər sərt tədbirlər davam edəcək

 

Almaniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə görülən tədbirlərin aprelin 20-dək davam edəcəyi bildirilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Kanslerinin müşaviri Helge Braun "Tagesspiegel" qəzetinə verdiyi açıqlamada bildirib.

 

Braun ilk hədəflərinin səhiyyə sistemindəki çətinlikləri aradan qaldırmaq olduğunu vurğulayıb: “20 aprelə qədər sərt tədbirlər davam edəcək. Ancaq ondan sonra necə davam edəcəyimizi müzakirə edəcəyik”.

 

Müşavir, həmçinin bu müddət ərzində xüsusilə yaşlıları qorumağın lazım olduğunu bildirib.

 

Qeyd edək ki, Almaniya hökuməti virusun qarşısını almaq üçün çox sayda insanın bir yerə toplaşmasını qadağan edib. Bundan əlavə, restoran, otel, gözəllik salonları, masaj salonları və digər ictimai müəssisələr bağlanıb.

Müəllif: Ayna.az      28 Mart 2020 18:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin