Koronaviruslu xəstələr yeni açılmış klinikaya yerləşdiriləcək

Koronaviruslu xəstələr yeni açılmış klinikaya yerləşdiriləcək

Tibb ocağında 1500-dən artıq həkim və tibbi heyət çalışacaq

 

Bu gün açılan "Yeni klinika" tibb müəssisəsində sabahdan etibarən müvəqqəti olaraq, koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. AYNA xəbər verir ki, bu barədə bu gün "Yeni klinila" tibb müəssisəsinin açılışında məlumat verilib.

 

Bildirilib ki, 575 çarpayılıq tibb ocağında 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib və xəstəxananın kollektivi ilə görüşüb. Görüş zamanı Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Müəllif: Ayna.az      28 Mart 2020 17:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin