Həmkarlarının üzünə öskürən həkim həbs olunub

Həmkarlarının üzünə öskürən həkim həbs olunub

Xəstəxananın sözçüsü hərəkətin qəsdən edildiyini bildirib

 

ABŞ-da bir həkim iş yoldaşlarının üzünə öskürdüyünə görə həbs olunub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Təhsil Xəstəxanasının ortopediya şöbəsinin həkimi Kori Edqar iki həmkarının üzünə öskürdüyünü etiraf edib.

 

Xəstəxananın sözçüsü Cennifer Valker hadisə ilə əlaqədar verdiyi açıqlamada Edqarın davranışının qəsdən olduğunu və virusla əlaqəli heç bir tədbir görmədiyini söyləyib.

 

Qeyd edək ki, ABŞ-da koronavirusdan 1704 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 104 mini keçib və Birləşmiş Ştatlar bu göstərici ilə Çini geridə qoyub.

Müəllif: Ayna.az      28 Mart 2020 15:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin