Təhlükəli virus ölkələrin “fəthinə” davam edir

Təhlükəli virus ölkələrin “fəthinə” davam edir

Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb, küçəyə çıxmaq qadağan edilib

 

Keniyada koronavirusdan ilk ölüm faktı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.

 

Prezident Uhuru Kenyattanın virusun yayılmasının qarşısını almaq üçün, saat 19:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağası tətbiq etdiyi bildirilir.

 

Bundan əlavə, Prezident əyləncə mərkəzləri, kinoteatrlar, gecə klubları və restoranları da yeni əmrə tabe olmağa çağırıb: “Sosial məsafə qaydalarına riayət etməliyik. Bu, artıq yeni həyat tərzimizdir”.

 

Kenyatta qadağanı pozanlara 10 min Keniya şillinqi (300 AZN) və ya 3 ay həbs cəzası veriləcəyini də söyləyib.

 

Qeyd edək ki, Keniyada bu günə qədər 31 nəfərdə Covid-19 aşkarlanıb.

Müəllif: Ayna.az      28 Mart 2020 15:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin