Məşhur hava limanı morqa çevrilir

Məşhur hava limanı morqa çevrilir

“Hava limanının morqa çevrilməsi nəticəsində yas mərasimlərinin keçirilməsi daha asan olacaq”

 

Böyük Britaniyanın ikinci böyük şəhəri olan Birmingemin hava limanı koronavirusdan ölənlərin artmasına görə morq kimi istifadəyə veriləcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birmingem Yerli Şəhər Şurası məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, hava limanının morqa çevrilməsi nəticəsində yas mərasimlərinin keçirilməsi daha asan olacaq.

 

Qeyd edək ki, bu ölkədə koronavirusa yoluxanların sayı 14554, həyatını itirənlərin sayı isə 759 nəfərə çatıb.

Müəllif: Ayna.az      28 Mart 2020 14:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin