Koronavirusla bağlı son vəziyyət: yoluxma və ölüm faktları artıb

Koronavirusla bağlı son vəziyyət: yoluxma və ölüm faktları artıb

Dünya üzrə yoluxanların sayı 600 min nəfərə çatır, daha iki ölkədə ilk ölüm faktı gerçəkləşib

 

Artıq dünyada koronavirusa yoluxanların sayı 600 minə yaxınlaşıb. 27 mindən çox adam isə virusun qurbanı olub.  AYNA xarici mətbuata istinadən koronavirusla bağlı son məlumatları təqdim edir:

 

Kipr Respublikasında ölənlərin sayı 5-ə çatıb. 162 nəfər isə aktiv koronavirus xəstəsidir.

 

Yaponiyada ölənlərin sayı 63-ə, yoluxanların sayı 2240 nəfərə çatıb.

 

Tunisdə də ölüm sayı artıb. Belə ki, Afrika ölkəsində artıq 7 nəfər virusun qurbanı olub.

 

İordaniyada isə pandemiyadan ilk ölüm meydana gəlib. Xəstələrinin sayı 235-ə yüksəlib.

 

Kanadada 53 adam virusun qurbanı olub. 4644 nəfər isə virusdan əziyyət çəkir.

 

Cənubi Amerika qitəsində virusun ilk yayıldığı ölkə Braziliyada son 24 saat ərzində koronavirusdan 15 nəfər vəfat edib. Xəstələrinn sayı isə 3417-ə qalxıb.

 

Bruney də ilk ölüm faktı gerçəkləşən ölkələrdən olub.

 

Burkina Fasoda da “taclı bəla”ya yoluxanların sayı artaraq 180 nəfərə çatıb.

Müəllif: Ayna.az      28 Mart 2020 11:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin