İtaliya virusa yoluxanların sayına görə Çini qabaqlayıb

İtaliya virusa yoluxanların sayına görə Çini qabaqlayıb

İtaliyada koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

İtaliyada son sutka ərzində koronavirusdan 969 nəfər dünyasını dəyişib. Bu, pandemiyanın başladığı gündən indiyədək rekord göstərici olub.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ölkənin Vətəndaş Müdafiəsi Departamenti məlumat yayıb.

 

İtaliya virusa yoluxanların sayına görə Çini qabaqlayıb. Belə ki, son sutka ərzində ölkədə 4 401 nəfər koronavirusa yoluxub və bu say 86 498-ə çatıb. 

 

Ali Sağlamlıq İnstitutundan bildirilib ki, İtaliya hələ pandemiyanın pik həddini adlamayıb, lakin bu, yaxın müddətdə baş verə bilər.

Müəllif: Ayna.az      28 Mart 2020 03:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin