ABŞ Konqresi mühüm qanunu dəstəklədi

ABŞ Konqresi mühüm qanunu dəstəklədi

Bütün dünyada koronavirus təhlükəsinə qarşı tədbirlər görülür 

 

ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirusun təsirinə məruz qalmış amerikalılar və bir çox bizneslərə maliyyə ayrılması məqsədilə iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon ABŞ dolları ayrılması haqqında qanun layihəsini dəstəkləyib.

 

AYNA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

 

Qeyd edək ki, bundan əvvəl Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək üçün 2 trilyon ABŞ dolları həcmində olan stimullaşdırma paketi barədə razılıq əldə ediblər.

 

Paket xəstəxanalar üçün maliyyələşdirmə, işsizlik sığortası, böyük müəssisələrə ediləcək maddi yardımı özündə ehtiva edir.

Müəllif: Ayna.az      28 Mart 2020 06:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin