Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər

Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər

Türkiyədə koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.

 

AYNA xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “NTV” kanalına açıqlamasında deyib.

 

Nazir bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir:

 

“Bundan sonra vəziyyət koronavirusun yayılmasından asılı olacaq. İnsanların çölə çıxış qadağası və ya fövqəladə vəziyyətin elan edilməsi də istisna edilmir”.

 

Qeyd edək ki, Türkiyədə 5 698 nəfər koronavirusa yoluxub. Bu xəstələrdən 92 nəfəri həyatını itirib.

Müəllif: Ayna.az      27 Mart 2020 22:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin