DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama

DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama

"Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq"

 

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan məktubla bağlı açıqlama yayıb.

 

AYNA-ya daxil olan məlumatda bildirilir ki, məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb.

 

"Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinformasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir".

 

 
Müəllif: Ayna.az      27 Mart 2020 20:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin