Britaniyanın Səhiyyə naziri də koronavirusa yoluxub

Britaniyanın Səhiyyə naziri də koronavirusa yoluxub

Bu haqda nazir özü məlumat verib

 

İngiltərənin Səhiyyə naziri Matt Hankok koronavirusa yoluxduğunu açıqlayıb. AYNA xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında məlumat verib.

 

“Virusun bəzi simptomlarını hiss etdiyim üçün koronavirus testindən keçdim. Nəticələr müsbət oldu. Xoşbəxtlikdən simptomlarım yüngüldür və evdən işləyirəm. Qaydalara riayət edək. Çünki sağlamlıq sistemimizi qorumaqla həyatımızı xilas edə bilərik”, - deyə Hankok bildirib.

 

Qeyd edək ki, İngiltərənin Baş Naziri Boris Conson da bu gün koronavirusa yoluxduğu haqda məlumat verib.

Müəllif: Ayna.az      27 Mart 2020 19:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin