DİN-də “qaynar xətt” yaradıldı

DİN-də “qaynar xətt” yaradıldı

Bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb

 

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb.

 

AYNA-ya bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür. 

Müəllif: Ayna.az      27 Mart 2020 19:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin