Koronavirus müharibəyə son qoydu

Koronavirus müharibəyə son qoydu

Cənubi Kamerun Müdafiə Qüvvələri adlandıran qrupun lideri atəşkəsə dəstək verməyə hazır olduqlarını bildirib

 

Kamerunda koronavirusun yayılmasına görə “Anqlofon” qiyamçı qruplaşması atəşkəs elan edib. AYNA xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı xəbər yayıb.

 

Xəbərə görə, özlərini Cənubi Kamerun Müdafiə Qüvvələri adlandıran qrupun lideri Ebenezer Akvanqa qrupun beynəlxalq humanitar hüquq çərçivəsində nəzarət etdikləri bölgələrdə atəşkəsə dəstək verməyə hazır olduqlarını bildirib.

 

Qeyd edək ki, “Anqlofon” qiyamı 2016-cı ildə Kamerunun bəzi bölgələrindəki məktəblərə və məhkəmələrə İngilis dilini bilməyən müəllim və hakimləri təyin etdikdən sonra başlayıb. Qiyamçıları bundan sonra “Ambazoniya” adlı dövlət qurduqlarını və rəsmi dillərinin ingilis dili olduqlarını açıqlayıblar.

Müəllif: Ayna.az      27 Mart 2020 18:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin